Nida.az
Bakı Moskvanı qabaqlayır – İlham Əliyev Qərbə nələri başa saldı?
Bu gün Bakıda “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçiriləcək.
Publika.az xəbər verir ki, rəsmi
məlumata görə, iclasda “Cənub Qaz dəhlizi” layihəsinin icrası,
idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr
veriləcək. İclasda “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan
ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya,
İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi
nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri
üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının,
Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, “bp-Azərbaycan” şirkəti, Trans Anadolu Boru
Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və
digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə
tutulur.
Analitiklərin fikrincə, “Türk axını” gündəmə
gələndən sonra Avropa “Cənub qaz dəhlizi” layihəsi üzrə işləri
sürətləndirib.
Prezident İlham Əliyevin 51-ci Münhen təhlükəsizlik konfransında bu barədə çıxışı da diqqətçəkən idi. Xüsusilə Azərbaycan liderinin iki tezisi Avropaya mesaj olaraq qiymətləndirilə bilər.
“Bu layihədə bizə səviyyədə
çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2”
layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp,
Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu
sərmayələri geri qaytarmalıyıq”, - deyə dövlət başçısı
bildirdi.
Bununla, rəsmi Bakı Avropaya “Türk axını” ilə
yarışda daha çevik olmağın lazımlığını çatdırdı. Həmçinin, “biz bu
sərmayələri geri qaytarmalıyıq” deməklə Prezident İlham Əliyev
dünyada neftin qiymətinin aşağı düşməsi fonunda yaşanan böhranla
səsləşən mesajını verdi. Yəni Azərbaycan qoyduğu sərmayəni geri
qaytarmalıdır.
“Türk axını” gündəmə gələndən sonra Moskvanın əsas hədəfi Avropanın tarixə qovuşan “Nabucco”dan sonra bel bağladığı TANAP və TAP layihələrini qabaqlamaqdır. Belə ki, TANAP 2018-ci ilə, TAP isə 2020-ci ilə qədər hazır olacaq. “Qazprom” isə “Türk axını” layihəsini 2018-ci ilə qədər başa çatdırmaq niyyətini açıqlayıb. Bakı və Moskvanın arası nə qədər yaxşı olsa da, ümumi bazar uğrunda mübarizədə Rusiya bütün vasitələrdən istifadə edə bilər. “Türk axını”nın daha tez reallaşması bütün hallarda Azərbaycan qazının əhəmiyyətinə kölgə sala bilər. Göründüyü kimi, bu, Avropanın da marağında deyil.
“TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi,
TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəlik götürüblər.
Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox
dəstək və daha çox qarşılıqlı etibar lazımdır”, - deyə Azərbaycan
lideri Münhendə işin ciddiliyini avropalı siyasətçilərin diqqətinə
çatdırdı.
Görünür, qərbli siyasətçilər Bakının mövqeyi ilə razıdır.
Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, İlham Əliyev energetika layihələrini uğurla reallaşdırılmasından əminliklə danışmasına səbəb Azərbaycanın malik olduğu ciddi karbohidrogen ehtiyatları və Avropanın qaz təchizatında ən real mənbə olmasından irəli gəlir. Digər mənbələr məlumdur. Lakin onlardan istifadə perspektivi hələlik sual altındadır.
“Bakı qazının Avropaya çatdırılmasına gəlincə, bu
istiqamətdə işlər gedir və müəyyən olunan vaxta hər şey həllini
tapacaq. “Türk axını” layihəsi meydana gəlsə də, bunun
reallaşdırılması yolları hələ müəyyən olunmayıb. Görünür, Bakı
Moskvanı qabaqlayacaq və “Cənub qaz dəhlizi” “Türk axını”ndan daha
tez həyata vəsiqə qazanacaq”, - deyə nəşr yazır.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...