Prezident və xanımı gimnastların məşqlərini izlədi - FOTOLAR
Bizi izləyin

Nida.az

Prezident və xanımı gimnastların məşqlərini izlədi - FOTOLAR

Dövlət başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılıb.

İlham Əliyev Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub.

Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-İdman komplekslərinin sayı 40-ı ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır.

Publika.Az president.az saytına istinadən xəbər verir ki, idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlətimizin başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.

Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılıb.

Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.

Diqqətə çatdırıldı ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir. Hazırda burada bədii gimnastika və kişilər arasında idman gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Burada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir. Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçmişlər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.

Dövlət başçısına və xanımına milli yığmanın forması təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

10.52

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub.Gәnclәr vә idman naziri Azad Rәhimov dövlətimizin başçısına və xanımına arenada görülən işlər barədə məlumat verib.

Bildirildi ki, arenada idmanın gimnastika növündən başqa digər növləri üzrə yarışlar, o cümlədən müxtəlif tədbirlər də keçirmək mümkün olacaqdır. Beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri də nəzərdə tutulan kompleks əsas və köməkçi olmaqla iki hissədən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenada tamaşaçı yerlәrinin sayı 6 mindәn 9 min 600-ә qәdәr artırıla bilәr.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gimnastların məşq prosesinə baxıblar.Sonda xatirə şəkili çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm