Nida.az
“Rusiyanın Bakıya qarşı ssenarisi...” – ABŞ nəşrindən sensasiyalı İDDİA
1991-ci ildə SSRİ süqut edəndən sonra Rusiya regionda öz təsirini saxlamaq üçün hərbi yox, diplomatik yoldan istifadə edə bilərdi. Lakin o, bunu etmədi.
Publika.az xəbər verir ki, ABŞ-ın “The Hill” nəşri
“Rusiya yolunu davam etdirmək üçün təcavüzdən daha çox istifadə
edir” adlı məqalə yayımlayıb. Məqalədə post-sovet məkanına mümkün
təhlükələr, bundan sonra atılacaq addımlar və Azərbaycana qarşı
təhdidlər yer alıb.
Nəşr yazır ki, əvvəlcə Rusiya ərazisində qanlı çeçen müharibəsi
aparıldı. Bununla yanaşı, Moldova Dnestryanı ərazilərində rus
əhalisindən istifadə edərək separatçı rejim formalaşdırdı.
Ermənistanda rus qoşunları bu gün də qalır. Gürcüstanda da qoşunlar
saxlanılırdı. Daha sonra onlar çıxarılsa da, Tiflis də separatizmlə
üzləşdi. Azərbaycan hələ də əziyyət çəkdiyi Dağlıq Qarabağ
münaqişəsi ilə üzləşdi, əraziləri işğal olundu. Bu günün özündə də
Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəf
saxladığı aydındır.
Qarabağdakı ssenari ilə Cənubi Osetiya və Abxaziya çatı yaradıldı. Rusiya bu ərazilərə qeyri-müəyyən şəkildə sahib olmağı xoşlayır. Bu Gürcüstanın tarazlığını pozur və Avropa Birliyinin bir hissəsi olmasında maneələrə səbəb olur. 2008-ci il müharibəsində ruslar yalnız saylarının çox olmasına görə qalib gəldi. Lakin Moskva milyardlarla dollar pul itirdi. Eyni mənzərə Ukraynada müşahidə olunur. Rusiya milyardlarla pul itirir, lakin geri çəkilmək, güzəştə getmək istəmir. Moskva Ukraynada döyüşənlərin onun əsgərləri olmadığını bəyan edir. Amma Rusiyaya aparılan cəsədlər, həmçinin əsir götürülənlər Kremlin müharibədə birbaşa iştirakını təsdiqləyir. Ukraynada nə baş verdi? Xalq Avropanı seçdi, lakin Yanukoviç Assosiativ sazişi imzalamaqdan imtina etdi. İnsanlar ayağa qalxdı və bu vaxt oyuna Kreml daxil oldu. Daha sonra baş verənlər məlumdur.
Nəşr qeyd edir ki, Rusiya getdikcə post-sovet məkanında etnik azlıqlar və rus əhalisindən yeni təcavüzlər üçün istifadə etməyə daha çox meyil edir. Misal üçün, Baltikyanı ölkələrdə yüz minlərlə etnik rus yaşayır. Latviya, Litva və Estoniya NATO üzvü olsa da, bu faktora görə onların əsəbləri tarıma çəkilib. Onlar Krım və Ukraynanın şərqindəki proseslərlə üzləşə biləcəklərindən qorxurlar.
Rusiya təcavüzündən narahat olan digər ölkə Azərbaycandır.
“Azərbaycan Rusiyanın etnik talışları qızışdıra biləcəyindən
qorxur. Talışlar etnik ruslar deyil. Lakin Moskvada onlar üzərindən
ssenarilər hazırlandığı məlumdur. Moskvada yaşayan talış
separatçısı Fəxrəddin Abboszadənin bu yaxınlarda Rusiya KİV-də dərc
olunan məqaləsi belə bir ssenarini təsdiqləyir. Qərb təbii ki, belə
bir ssenariyə qarşıdır. Çünki Azərbaycan strateji ölkədir. Qafqaz,
Avropa, Yaxın Şərq və Orta Asiyanı birləşdirən bir coğrafiyada
yerləşir. Ölkə qaz və neft ehtiyatları ilə Avropanı təchiz edir və
Qərbin etibarlı partnyorudur”, - deyə nəşr iddia edir.
Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulmağında maraqlıdır.
Bakı öz müstəqil siyasətini heç nəyə qurban vermək istəməsə də,
Avropa Birliyinə də qoşula bilmir. Çünki Moskva Azərbaycan,
Gürcüstan və Moldovada yaratdığı dondurulmuş münaqişələrdən
lazımınca yararlanır. Ukraynada da eyni varianta əl atdı.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular