Nida.az
Davudoğlunun İrəvana jesti – Bakı və Ankara erməniləri susduracaq
“Ermənistan Azərbaycanın işğal etdiyi bir rayonunu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədi aça bilərdi”.
Publika.az xəbər verir ki, Davudoğlu bu barədə
Türkiyədə yaşayan dini azlıqlarla görüşündə deyib.
Onun sözlərinə görə, İrəvan-Ankara münasibətləri Türkiyədə yaşayan
ermənilərə təsir etməməlidir.
Rusiyanın “Vestik Kafkaz” nəşri Davudoğlunun bu çıxışını şərh
edərkən Ermənistanda məsələyə birmənalı münasibət olmadığını
yazıb.
Belə ki, erməni politoloq Sergey Minasyan sayta açıqlamasında
Ermənistanın hazırkı rəhbərliyinin bu varianta getməyəcəyini deyib.
Lakin erməni politoloq ölkədə bunun əksini düşünənlərin olduğunu da
istisna etməyib.
“Açıq şəkildə dilə gətirməsələr də, Rusiyanın təsirindən qurtulmaq
üçün Türkiyəyə xilas yolu kimi baxanlar var. Xüsusilə Gümrü
hadisələrindən sonra bu tezis güclənib. Müəyyən kəsim sərhədlərin
açılması qarşılığında Ankaranın bütün şərtlərini qəbul etməyin
vacibliyi fikrini müdafiə edir. Hazırda fikir ayrılığı yaranıb”, -
deyə erməni politoloq vəziyyəti şərh edib.
Politoloq Toğrul İsmayıl Publika.az-a açıqlamasında Ermənistanla
sərhədin açılmasının ermənilərin özlərinə və Türkiyəyə də sərf
etdiyini deyib: “Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxa
bilər. Türkiyənin də burda regional maraqları var. Lakin rəsmi
Ankara dəfələrlə bəyan edib ki, Ermənistan bunun üçün işğalçı
siyasətindən imtina etməlidir. Ən azından işğal etdiyi Azərbaycan
torpaqlarının bir qismini boşaltmalıdır. Davudoğlunun bu açıqlaması
Ermənistana jestdir. Türkiyə etdiyi jestin cavabını gözləyir”.
Politoloq qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədləri 1993-cü
il Kəlbəcərin işğalından sonra bağlanıb.
“O vaxtdan Türkiyə Ermənistana dəfələrlə çağırış etsə də, İrəvan
reaksiya verməyib. Ermənistan Türkiyədən ilkin şərt olmadan
danışıqlar aparmağı tələb edir. Hansı ki, burda ilkin şərtdən yox,
bütöv bir təcavüzdən söhbət gedir. Ermənistan qondarma “soyqırımı”
iddialarından əl çəkməli, işğal etdiyi əraziləri boşaltmalıdır.
Qonşularına qarşı özünü yaxşı aparmalıdır. Lakin Ermənistan
Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları irəli
sürür. Bu, beynəlxalq hüquqa ən pis yanaşmadır. Buna görə də
Ermənistan aclıq məngənəsindən yalnız daha sivil ölkə olacağı
təqdirdə qurtula bilər”, - deyə politoloq qeyd edib.
Rusiya saytı isə Bakı və Ankaranın Ermənistana qarşı sərt manevrlər
edəcəyini yazıb.
“Çanaqqala savaşının 24 apreldə qeyd olunması “erməni soyqırımı”nın
neytrallaşdırılması üçün atılan ilk addımdır. Şübhəsiz ki, bu işdə
Ankaraya ən böyük dəstək Bakıdan gələcək. Prezident İlham Əliyevin
Ankara səfəri zamanı da Ərdoğanla bu məsələ müzakirə olunub.
Analitiklərin fikrincə, Ermənistanın “soyqırımın” 100 illiyində
dünyaya səs salmaq istədiyi bir vaxt bu, onların özlərinə qarşı
çevrilə bilər. İrəvanın Avropaya üz çevirməsi də buna təsirsiz
ötüşməyəcək”, - deyə sayt bildirib.
Asif Nərimanlı
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO