Nida.az
“Bu, İlham Əliyevin siyasi iradəsi deməkdir”
“Cənub qaz dəhlizi” koridoru ilə bağlı ilk məşvərət yığıncağının Bakıda keçirilməsi layihənin reallaşmasında birmənalı şəkildə ölkə başçısının siyasi iradəsindən xəbər verir”.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Bakıda "Cənub qaz dəhlizi" layihəsi üzrə müvafiq ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsinə münasibət bildirərkən deyib. İqtisadçı hesab edir ki, Azərbaycan “Cənub qaz dəhlizi”nin reallaşması ilə bağlı kifayət qədər önəmli, xüsusən Avropa Birliyi (AB) üçün əhəmiyyətli siyasi iradə ortaya qoyub:
“Prezident həm ikitərəfli görüşlərdə, həm də məhz bu çıxışında kifayət qədər əhəmiyyətli məqamlara toxundu. Azərbaycanın yaxın gələcəkdə Avropa üçün mavi yanacağın idxalında yeganə alternativ olaraq vurğulanması ondan xəbər verir ki, ölkəmiz həqiqətən də Avropanın enerji asılılığının aradan qaldırılmasında yeganə alternativdir. Bu, o deməkdir ki, indi və yaxın gələcəkdə AB-nin enerji təhlükəsizliyinin təmin edilməsi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan əslində həyata keçirdiyi enerji layihələri və xarici enerji siyasəti ilə bir daha təsdiq etdi ki, ölkənin iqtisadi siyasəti regional inteqrasiya və eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xidmət edir”.
V.Bayramovun sözlərinə görə, enerji təhlükəsizliyi Avropa üçün siyasi və milli təhlükəsizlik kimi qiymətləndirilir:
“Bu gün Qərbdə təklükəsizlik dedikdə ilk ağıla gələn enerji təklükəsizliyidir. Azərbaycan hazırda bunu təmin edən bir ölkədir. Bu baxımdan təbii ki, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan praktik olaraq öz xarici enerji siyasəti və xüsusilə də AB ilə apardığı enerji əməkdaşlığı ilə bir daha bütövlükdə qitənin alternativinə çevrilib və AB-nin mövcud gələcək enerji təhlükəsizliyi birbaşa Azərbaycandan asılıdır”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO