Nida.az
İsveçrə XİN-i təsdiq etdi: Emin Hüseynov səfirliyimizdədir - RƏSMİ
Hazırda Azərbaycan vətəndaşı Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyindədir. Bunu Trend-ə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ursina Şmit deyib.
Onun sözlərinə görə, o, 2014-cü il avqustun 18-də səfirliyə
müraciət edib: "Bundan sonra İsveçrə ona humanitar səbəblərə görə
qalma icazəsi təqdim edib. Həmin vaxtdan İsveçrə individin
maraqlarına uyğun olaraq bu məsələnin həlli üzrə Azərbaycan
hakimiyyəti və hökuməti ilə danışıqlar aparır".
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı E.Hüseynov
barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən
Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi
ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham
elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Trend xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
bildirib.
Azərbaycan XİN rəsmisi qeyd edib ki, məhkəmə qərarı əsasında
aparılmış araşdırmalar nəticəsində E.Hüseynovun “Reportyorların
Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi
qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq
fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli
miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan
247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən
yayındığına dair əsaslı şübhələr müəyyən edilib: “7 iyul 2014-cü il
tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış
vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə
Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində
gizlənib”.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ
var.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq
idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər