“Cənub qaz dəhlizi”nin arxasında İlham Əliyevin iradəsi dayanır
Bizi izləyin

Nida.az

“Cənub qaz dəhlizi”nin arxasında İlham Əliyevin iradəsi dayanır

“Cənub qaz dəhlizi” layihəsinin reallaşmasının arxasında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi dayanır.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.


Millət vəkili layihənin Məşvərət Şurasının ilk iclasının Bakıda keçirilməsini çox önəmli hadisə adlandırıb.


“Bu layihə həm Azərbaycan, həm Avropa, həm də bütün iştirakçılar üçün uğurludur. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. Həmçinin mənfəət əldə edir. İştirakçı olan digər ölkələrə də qazanc baxımından xeyirlidir. Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin müəllifidir. Bu layihədə investisiya və siyasi iradə rəsmi Bakıya aiddir. Azərbaycan bu prosesdə liderlik funksiyasını irəli sürür. Hər kəsin maraqlarına uyğun olan bu layihə XXI əsrin ən uğurlu layihələrindəndir”, - deyə o bildirib.


A. Mollazadə “Cənub qaz dəhlizi” layihəsinin Azərbaycanın gələcək inkişafı və strateji önəmi üçün olduqca əhəmiyyətli olacağını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm