Nida.az
Azərbaycan Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib -FOTOLAR
Azərbaycan Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabat iclası keçirilib.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov
çıxışında ölkədəki sabitlik və inkişafdan danışıb. O deyib ki, bu
gün dünyanı iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda sabitlik
mövcuddur və iqtisadi inkişaf davam edir: “Sosial, iqtisadi, elm,
təhsil və ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi
sahəsində ciddi uğurlar əldə olunub. Ölkəmizin hər yerində çox
böyük işlər görülür, iqtisadiyyatımız inkişaf yolundadır. Biz artıq
dünyanın ən böyük proyektlərinə nəinki qoşulur, hətta onlara
rəhbərlik edirik”.
F. Heydərov bu il Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları
və parlament seçkilərinin önəmini vurğulayaraq 2015-ci ilin
işgüzarlıq baxımından gərgin il olacağını söyləyib. O, Ağsaqqallar
Şurasının üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib:
“Görəcəyimiz işlərin əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir.
Hər şeydən əvvəl sabitlik lazımdır. Bəzi qüvvələrin bu şəraitdən
istifadə edərək gənclərimiz arasında dövlətçilik əleyhinə təbliğat
aparmasının qarşısını almaq üçün ağsaqqal sözünə həmişə ehtiyac
var”.
F. Heydərov elm və ictimai-siyasi xadimlərin Ağsaqqallar
Şurasına qoşulmasının sevindirici hal olduğunu deyib.
Sonra Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov 2014-cü
ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. O, Şura
üzvlərinin ötən il Azərbaycanda keçirilən bələdiyyə seçkilərində
fəal iştirak etdiklərini də diqqətə çatdırıb: “Ağsaqqallar
Şurasının hər bir üzvü cəmiyyətin sağlam ruhda inkişafı, gənc
nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzvlərinə düşən
missiyanı bu gün də böyük səylə davam etdirir, inkişaf etməkdə və
hərtərəfli zənginləşməkdə olan dövlətimizi hər zaman qorumağa,
yaşatmağa və vətənimizin daha da çiçəklənməsinə çalışır”.
Şərqşünas alim, Şuranın İdarə Heyətinin üzvü Vasif Məmmədəliyev
isə çıxışında bildirib ki, Ağsaqqallar Şurası prezidentin ətrafında
sıx birləşib və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
O, Şuranın gördüyü işləri müsbət qiymətləndirərək, bu işlərin
gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Şuranın yaradılmasını müdrik addım kimi qiymətləndirərək, bu fəaliyyətin artıq ölkə regionlarını əhatə etdiyini söyləyib.
Daha sonra Ağsaqqallar Şurasının digər üzvləri müəyyən
təkliflərlə çıxış ediblər.
F. Heydərov iclasda qaldırılan təkliflərin həllinə çalışacaqlarını bildirib.
Sonda yubiley yaşı olan şura üzvlərinə hədiyyələr təqdim olunub.(APA)
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır