Nüşabə Sadıxlı: “Müsavat başqanının qadın olması yaxşı olar”
Bizi izləyin

Nida.az

Nüşabə Sadıxlı: “Müsavat başqanının qadın olması yaxşı olar”


“Müsavatda qadın başqanın olması daha yaxşı olar”.Bu barədə Müsavat Partiyasının Divan üzvü Nüşabə Sadıxlı Publika.Az -a açıqlamasında deyib. Onun sözlərinə görə, qadın həmişə cəmiyyətdə əsas rol oynayıb: “Hətta o zaman AXCP daxilində Yurdla bağlı problemlər yarananda Əbülfəz Elçibəy məhz barışdırıcı mövqedən çıxış edərək bu problemi həll etmək üçün məni özünə müşavir təyin etmişdi. Təəssüf ki, o rəhmətə getdi və bu proses az çəkdi. Təbii ki, qadının başqan olması çox yaxşı olar. Amma bu situasiyadan asılı olan məsələdir. Başqanlıq daha çox idarəçiliklə bağlı olduğu üçün kim daha yaxşı idarəçiliyi bacarsa o da seçiləcək”.

N. Sadıxlı qeyd edib ki, başqanlığa namizədlərin hər birinin bəlli elektoratı var. Onun sözlərinə görə, Müsavatda qadınlar qadın, gənclər gənc namizədi dəstəkləyəcək kimi məsələ yoxdur.“Düşünürəm ki, başqalığa namizədliyimi versəm məni dəstəkləyən kifayət qədər insan olacaq. Lakin bu barədə düşünsəm də, hələ 100 faiz deyil. Çünki rəsmi olaraq heç kəs namizədliyini verməyib, namizədlər ortaya çıxandan sonra qərarımı dəqiqləşdirəcəm. Hazırda bu məsələ israrlı deyiləm”-deyə Divan üzvü vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm