Nida.az
ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland sabah Bakıya gələcək. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.
V.Nulandınn hökumətin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcəyi və ticarət və investisiyalar, enerji mənbələrinin şaxələndirilməsi, terrorçuluqla mübarizə və təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üzrə görülmüş işləri müzakirə edəcəyi gözlənilir.
O, həmçinin Bakıda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanması istiqamətində addımları müzakirə edəcək. Dövlət katibinin köməkçisi vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Xanım V.Nuland Bakıdan sonra Gürcüstan hökumətinin yüksəkvəzifəli məmurları, müxalif siyasi xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün Tbilisiyə yola düşəcək.
O, Tbilisidə ikitərəfli və regional məsələlərin geniş spektrini, o cümlədən Gürcüstanın Avropa inteqrasiya yolunu və ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə səylərini müzakirə edəcək.
Gürcüstandan sonra V.Nuland Ermənistana səfər edəcək. O, Ermənistanla siyasi, iqtisadi əlaqələrin möhkəmləndirilməsini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanmasında irəliləyişi müzakirə etmək üçün hökumətin yüksəkvəzifəli məmurları, vətəndaş cəmiyyətinin və gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO