Müsavat növbəti iqtidar-müxalifət dialoquna qatıla bilər
Bizi izləyin

Nida.az

Müsavat növbəti iqtidar-müxalifət dialoquna qatıla bilər

Müsavat Partiyası növbəti iqtidar-müxalifət dialoquna qatıla bilər.


Partiyadan Publika.az-a verilən məlumata görə, bu barədə Divanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Məlumata görə, iclasda hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirilib. Eyni zamanda, müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırılacağı təqdirdə partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib.

Toplantıda ayın sonunda partiyanın yerli strukturlarının iştirakı ilə zona müşavirəsinin keçirilməsi qərara alınıb.

Bununla yanaşı, fevralın 26-da Xocalı soyqırımı ilə əlaqədar “Ana fəryadı” abidəsinin ziyarət olunması barədə qərar qəbul olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm