Nida.az
Əli Həsənov TRT-nin baş direktoru ilə görüşüb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb.
Publika.az-ın “AzərTAc”a istinadən xəbərinə görə,
“Bir millət, iki dövlət” kəlamının xatırlandığı görüşdə ölkələrimiz
arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media
sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov TRT-nin
fəaliyyətini yüksək qiymətləndirib.
Ş.Göka xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə
TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də
media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib,
həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da
genişləndirəcəyinə əminlik ifadə edilib.
Ş.Göka bildirib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə
edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, Türkmənistan)
tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş
yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına,
bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək.
Prezident Administrasiyasının rəsmisi Əli Həsənov layihənin çox
yaxşı təşəbbüs olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak
edib.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR