Nida.az
Vurğun Əyyub Divanın növbəti toplantısında Müsavatdan çıxarılacaq
Müsavat Partiyası rəhbərliyinə qarşı çıxan ADR üzvü Vurğun Əyyub da partiyadan çıxarılacaq.
Bu barədə Publika.az-a Müsavata yaxın mənbədən
məlumat daxil olub.
Məlumata görə, Müsavatdan çıxarılan Qubad İbadoğlunun rəhbərlik
etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis
konfransından sonra orda təmsil olunan partiya üzvləri haqda ciddi
tədbirlər görüləcək. İlkin ehtimallara görə, V. Əyyub da Divana
dəvət olunacaq və onun barəsində Q. İbadoğlu haqda verilən qərar
veriləcək. Mənbə keçmiş başqan İsa Qəmbərin Arif Hacılıya
narazılarla bağlı sərt addımlar atmasına razılıq verdiyini
deyib.
Teleqraf.com-un məlumatına görə isə V. Əyyub ötən həftənin şənbə
günü
üzvü olduğu Müsavatın rayon təşkilatının özəyinə dəvət edilib.
Lakin o, Bakıda olmadığını əsas gətirərək dəvəti qəbul etməyib.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı
Publika.az-a açıqlamasında V. Əyyubun dəvət
edilməsi haqda məlumatsız olduğunu deyib. Lakin o, Müsavat
nizamnaməsini pozan hər kəsin cəzalandırılacağını da istisna
etməyib.
“Müsavatın nizamnaməsi bütün partiya üzvlərinə şamil edilir. Burda
kiməsə, nəyəsə görə güzəşt yoxdur. İndiyə qədər atılan addımlar
nizamnaməyə uyğun olub, bundan sonra da nizamnaməni pozanlara qarşı
güzəşt edilməyəcək”, - deyə o bildirib.
Müsavat Partiyasının Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov
Publika.az-a açıqlamasında partiyada V. Əyyubun çıxarılmasını tələb
edən üzvlərin olduğunu deyib: “Vurğun bəy özünü Məclis üzvü
saymadığını və həmin qurumun legitimliyini tanımadığını bəyan edib.
Buna görə də onun Məclis üzvlüyündən xaric edilməsi məsələsi
qaldırılmışdı, amma sonraya saxlanıldı. Bəzi Müsavat üzvlərinin
nizamnaməyə zidd fəaliyyətləri ilə bağlı rayon təşkilatlarından
rəhbərliyə çoxlu müraciətlər var. Onlar bu hallara son qoyulmasını
tələb edirlər. Yaxın vaxtlarda müraciətlərə baxılacaq və müvafiq
qərar qəbul ediləcək. Partiyanın ideoloji xəttinə qarşı çıxanlar,
onun ictimai nüfuzuna xələl gətirənlər, partiyaya qarşı açıqlamalar
verənlər cəzalandırılacaq. Onların barəsində mütləq tədbirlər
görüləcək”.
Şöbə müdiri qeyd edib ki, partiya əleyhinə fəaliyyət göstərən
şəxslərin hələ də Müsavatda qalması üzvlərin narazılığına səbəb
olub.
Qeyd edək ki, ADR-in təsis konfransı fevralın 21-də, həftənin şənbə
günü keçiriləcək.
Müsavata yaxın mənbənin məlumata görə, fevralın 23-də - gələn
həftənin birinci günü keçiriləcək Divanın iclasında V. Əyyub və bir
sıra narazılar haqda qərar verilə bilər.
Asif Nərimanlı
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?