Rusiya Qarabağı yalnız bu şərtlə qaytara bilər
Bizi izləyin

Nida.az

Rusiya Qarabağı yalnız bu şərtlə qaytara bilər

“Rusiyanın strategiyasının dəyişməsinə inanmıram”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.

O, Azərbaycanla Amerika arasında münasibətlərin gələcəyinin parlaq olduğunu bildirib:

“Nullandın Azərbaycana gəlməsi olduqca müsbət haldır. Amerika dünyanın lideridir. Ona görə də Amerika Dövlət Departamentinin nümayəndəsinin Azərbaycana gəlməsi olduqca yaxşı hadisədir. Vaşinqton Azərbaycanı özünə strateji partnyor sayır və Azərbaycanla əlaqələri inkişaf etdirir. Bu da son zamanlar Azərbaycanın ABŞ-la əlaqələrinin soyuması ilə bağlı yayılmış şayiələrə son qoyur. Məncə, Bakı ilə Vaşinqtonun əlaqələrinin gələcəyi əladır. Rusiya isə 20 ildir ki, bizi aldadır. Hər dəfə Ermənistanla sülhə imkan yarananda bunu pozur. Onun bizimlə bağlı hazırkı strategiyasının dəyişməsini mən deyə bilmərəm. Sözün düzü, mən Rusiyanın strategiyasının dəyişməsinə inanmıram. Kremlin öz siyasətini dəyişməsinə böhran, sanksiyalar və sairə təsir edə bilər. Amma qəti nəsə söyləmək olmaz. İnanmıram ki, Rusiya Azərbaycana yeddi rayonu qaytarsın. Moskva Bakıya yeddi rayonu yalnız Azərbaycanın Qarabağdan imtina edib onu Ermənistana vermək qərarına gələndən sonra hansısa don geyindirib qaytara bilər. Bununla bərabər, Azərbaycan öz müstəqilliyindən imtina edib İrəvanın gününə düşər. Yəni Azərbaycan öz taleyini Rusiyaya verir, o isə bizdən istədiyi kimi istifadə edir. Bax, bu cür Rusiya-Azərbaycan əlaqələrinin tam əleyhinəyəm. Bilmirəm bu mümkündür, ya yox. Arzu edərdim ki, mümkün olmasın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm