VİP məhkəməyə müraciət etdi, “El” “görüşərik” dedi- Qalmaqal
Bizi izləyin

Nida.az

VİP məhkəməyə müraciət etdi, “El” “görüşərik” dedi- Qalmaqal


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev arasında söz davası sonunda məhkəməyə müraciətlə nəticələndi. Əli Əliyev Publika.Az –a açıqlamasında bildirib ki, artıq lazmi sənədləri məhkəməyə təqdim ediblər.

“Hər şey hədəqəsini keçdi və şərəf və ləyaqətimiz təhqir olundu. Buna görə də hər şeyin qanunla həllini tapması yolunu seçdik. Bu addımımızın tam haqlı və situasiyaya uyğun olduğunu hesab edirik. Geri çəkilmək kimi fikrimiz də yoxdur”-deyə o bildirib.

Eldəniz Quliyev isə Publika.Az –a açıqlamasında onun məhkəmə müracitə etmək üçün daha çox haqqının olduğunu deyib: “Sadəcə olaraq bu məsələnin məhkəmədə ədalətli həll olunacağına inanmıram. Bunu onlar da yaxşı bilirlər. Ədalətli həll olunacaq demək sadəcə fantaziyadır. Mənim nə məhkəmədən, nə də cəmiyyətdən çəkinmirəm. Buyursunlar, məhkəmədə görüşərik. Onların səviyyəsi budur”.

E. Quliyev qeyd edib ki, özlərini Vətəndaş və İnkişaf Partiyası adlandıran qurumun nə vətəndaşlıqdan, nə də inkişafdan xəbəri yoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm