ABŞ səfirliyindən casus siyahısı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida.az

ABŞ səfirliyindən casus siyahısı ilə bağlı AÇIQLAMA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi jurnalist Eynulla Fətullayevin “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı məqaləsindəki əlaqədar ittihamlara münasibət bildirib.

Səfirlikdən Publika.Az-ın sorğusuna cavab olaraq deyilir ki, ABŞ Konqres işçilərindən ibarət olan nümayəndə heyətinin Azərbaycana səfəri adi işgüzar xarakteri daşıyıb: “Səfər zamanı onlar ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər. Konqres işçilərindən ibarət olan nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycanı yaxından tanımaq və bu barədə ABŞ Konqresinə məlumat verməkdir”.

ABŞ səfirliyi sözügedən məsələ ilə bağlı əlavə suallara cavab üçün Konqresə müraciət etməyi tövsiyə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm