Rasim Musabəyov: “Ermənistan ümidlərini itirib”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Ermənistan ümidlərini itirib”

“20 ildən çox vaxt ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb. Ermənistanın bu günə qədər atdığı bütün addımlar danışıqların pozulmasına hesablanıb”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.


R. Musabəyov qeyd edib ki, Ermənistan ümidlərini itirib.

“Onların qondarma “erməni soyqırımı” ilə diqqəti üzərilərinə çəkəcəklərinə dair ümidləri vardı. Amma heç kəs onların ümidini doğrultmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Münhen konfransında erməni nümayəndə heyətinin cavabını layiqli şəkildə verdi. Cənab Prezident söylədi ki, erməni əsgərin Ağdamda, Füzulidə nə işi vardı, orada nə axtarırdı? Əgər o, ölmək istəmirsə, Ağdama getməsin. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, ərazilərimizdə ikinci Ermənistan dövlətinin yaranmasına imkan verilməyəcək. Erməni qoşunları Azərbaycan torpaqlarından çəkilməzsə, biz öz gücümüzlə torpaqlarımızı geri qaytarmaq iqtidarındayıq”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm