Nuland: “İnsanların girov saxlanılması dəhşətli cinayətdir”
Bizi izləyin

Nida.az

Nuland: “İnsanların girov saxlanılması dəhşətli cinayətdir”

“İnsanların girov axlanılması dəhşətli cinayətdir. Ümidvaram ki, Ermənistan tərəfi bunu başa düşür və tezliklə girovları Azərbaycan tərəfinə qaytaracaq”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Nuland cəbhədəd baş berən gərginlikdən də narahat olduqlarını dilə gətirib:

“Biz sülhün bərqərar edilməsini və birbaşa danışıqların aparılmasını istəyirik. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıblar və mən Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə heç bir tərəfə fayda verməyən qan tökülməsinə son qoyulmasının zəruriliyini bildirmişəm. Fikrimcə, bu səfər çərçivəsində hər iki paytaxtda tərəqqi əldə edilib və yaxın günlərdə təmas xəttində hərbçilər və onların ailələri naminə sülh bərqərar ediləcək”.

Qeyd edək ki, ötən ilin iyul ayında Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının qəbirlərini ziyarət edərkən Kəlbəcərdə saxlanılıblar. Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm