Nida.az
“Satqınlıq, şəxsi-qrup maraqları, alverə meyilli olmaq...” – müxalifətə tərcümeyi-hal
“Millətimizin laqeyd gündə olmasının tək səbəbi bizim - bəzi müxalifət liderlərinin və tanınmış ziyalıların son 20 ildə davam edən satqınlığı, qeyri-səmimiliyi, daxili didişmələri, birləşə bilməmələri, birləşib məqsədə çatmadan ayrılmaları, mandat alverində iştirak etmələri, qərarsızlığıdır”.
Publika.az xəbər verir ki, bu barədə ADP sədri
Sərdar Cəlaloğlunun qardaşı, hüquqşünas Qurban Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı 1990-cı ildə rus tanklarının
qabağına əli silahsız, ermənilərin təpədən dırnağa qədər yüngül
atıcı və ağır silahlarla yaraqlanmış ordusuna qarşı ov tüfəngi və
yaba ilə çıxan xalqdır.
“Onu bu hala salan yeganə amil bizim oyunbazlığımız,
qərarsızlığımız, alverə meyilli olmağımız, qeyri-ciddi hərəkətlər
etməyimiz, ən əsası isə millətə aydın gələcək göstərə
bilməməyimizdir. Toplumlar da fərdlər kimi qeyri-müəyyənlikdən
qorxarlar, konservator olarlar, yəni həyatlarını dəyişdirməyə çox
da meyilli olmazlar. İnsan fitrətən belə yaradılıb. Əmin olun, biz
səmimi olaraq bir olsaq, qərarlı olsaq, qətiyyətli olsaq, şəhidliyə
hazır olduğumuzu xalqa sübut etsək, şəxsi-qrup maraqlarımızı yox,
milli və dövlətçilik maraqlarımızı əsas tutsaq, buna da xalqı
inandıra bilsək və nə verəcəyimizi öncədən ona anlada, çatdıra,
izah edə bilsək xalq bizə dəstək verəcək”, - deyə o bildirib.
Asif
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu