Qubad İbadoğlunun hərəkatından kütləvi istefa
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun hərəkatından kütləvi istefa

Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan çıxarılan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri istefa verib.


Publika.az-a daxil olan bəyanatda istefaya səbəb kimi ADR-in tutduğu mövqenin milli olmadığı və qərbyönümlü olduğu əsas gətirilir: “Biz ADR hərəkatına qoşulan millətinə bağlı gənclər olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında təməl prinsiplərdən birinin də xalqımızın milli mənəvi dəyərlərini təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin basqısından qorumaq və sahib çıxmaq kimi milli-ideoloji hədəflər olacağına əmin idik.

Lakin gedən proseslər hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik. Amma bunun əksinə olaraq ADR hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik”.


Bəyanatı ADR hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman Əlili, Əfqan Əhmədov imzalayıb.


Qeyd edək ki, fevralın 21-də ADR-in təsis konfransı keçiriləcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm