Mustafa Hacıbəyli: “Qubad İbadoğlunun aşına nə tökübsə, qaşığına o çıxır”
Bizi izləyin

Nida.az

Mustafa Hacıbəyli: “Qubad İbadoğlunun aşına nə tökübsə, qaşığına o çıxır”

“Qubad İbadoğlu Müsavatda bölücülük etdi, insanları itaətsizliyə çağırdı, istefalara nail olmaq, partiyanı parçalamaq istiqamətində fəaliyyət göstərdi. İndi də özü bunlarla qarşılaşır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.


M. Hacıbəyli Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatından istefaların arxasında onun dayandığı haqda yayılan məlumatlara da münasibət bildirib.


Qeyd edək ki, ADR-dən istefa verən Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmmədin Müsavat qərargahında olduğu və M. Hacıbəyli ilə görüşdüyü deyilir. Məlumatlara görə, M. Hacıbəyli ona ADR-dən istefa vermək qarşılığında Müsavat Gənclər Təşkilatının sədrliyi postunu vəd edib.


M. Hacıbəyli isə bunu təkzib edir. Onun sözlərinə görə, hansısa görüşün olması, kiməsə nəsə vəd edilməsi haqda məlumatsızdır.


“Gənclər Təşkilatının sədrini təşkilatın üzvləri seçki yolu ilə seçir. Müsavat demokratik prinsiplərlə idarə olunan partiyadır. Burda seçkili orqanlara kimisə təyin etmək mümkün deyil. Sadəcə olaraq, bu atalar sözünü yada salır: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Qubad İbadoğlu Müsavatı parçalamaq üçün əlindən gələni etdi. İndi də özü bununla üz-üzə qalıb. Yəni aşına nə tökübsə, qaşığına o çıxır. Etdikləri öz başında çatlayır”, - deyə o bildirib.


M. Hacıbəyli Müsavatda kadr təyinatına onun nəzarət etdiyi haqda iddialara da münasibət bildirib: “Kadr təyinatına mən baxsaydım, özümü də bir vəzifəyə təyin edərdim. Bağıra-bağıra qaldım, amma mənə heç bir vəzifə vermədilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm