Azərbaycanda andlılar məhkəməsi bərpa olunmalıdır
Bizi izləyin

Nida.az

Azərbaycanda andlılar məhkəməsi bərpa olunmalıdır

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Publika.Az -a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.

BAXCP İdarə Heyəti “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2014-cü il fevralın 13-də imzaladığı sərancam”ı yüksək qiymətləndirib.

İdarə Heyətinin iclasında qeyd olunub ki, andlılar məhkəməsi institutunun tətbiqi ilə bağlı qanunvericilikdə yer alan müddəaların icrasına başlanılması bu sahədə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına səbəb ola bilər.

BAXCP hesab edir ki, bu yolla məhkəmə sistemində ədalətin qorunmasına, insanların məhkəmə islahatlarının aparılmasında inamına nail olmaq mümkündür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm