Nida.az
“Azərbaycan, Türkiyə və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləməlidirlər”
Azərbaycan, Türkiyə və Gürcüstan müttəfiq dövlətlər olaraq öz siyasətlərində bir-birinin ərazi bütövlüyünü yalnız sözdə deyil, əməldə də dəstəkləməlidirlər. Trend xəbər verir ki, bunu Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda keçirilən beynəlxalq konfransda SAM-ın direktoru Fərhad Məmmədov bildirib.
F.Məmmədov qeyd edib ki, regionun inkişafına zərər vuran və sülh, təhlükəsizliyin bərqərar olmasına əngəl törədən münaqişələrin həll olunması hər üç ölkənin ortaq marağındadır: "2012-ci ildə Trabzon Bəyannaməsində bu məsələ vurğulanıb. Müttəfiq dövlətlər öz siyasətlərində bir-birinin ərazi bütövlüyünü yalnız sözdə deyil, əməldə də dəstəkləməlidirlər. Bunu deməkdə məqsədim odur ki, bəzən "balans" qorumaq arzusu ilə bürokratların səsləndirdikləri bəyanatlar ortaq marağımıza zərər vura bilir. Təəssüflə qeyd etməliyəm ki, balans saxlanılması adına bu tipli bəyanatların səsləndirildiyi ölkə - Ermənistan hər üç ölkənin nəinki strateji əməkdaşlığından narahatdır, öz siyasətində qonşu ölkələrə qarşı da səmimi deyil".
Bundan əlavə, SAM rəhbərinin fikrincə, beynəlxalq səviyyədə tərəflər bir-birinə dəstəyi davam etdirməlidirlər. Artıq bunun parlaq nümunələri mövcuddur: "BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" Qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib, BMT Baş Assambleyasında Gürcüstanın təşəbbüsü ilə irəli sürülmüş "Gürcüstanın Abxaziya və Gürcüstanın Cənubi Osetiyanın Tsxinval rayonundan olan məcburi köçkün və qaçqınların vəziyyəti" Qətnaməsinə dair səsvermə zamanı Azərbaycan Gürcüstanı dəstəkləyib. Amma Gürcüstanın BMT Baş Assambleyasında "Abxaziya (Gürcüstan) və Cənubi Osetiyada (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə" Qətnamənin səsverməsində və analoji səsvermələrdə Ermənistanın tutduğu mövqeyi nəzərdən keçirməyinizi tövsiyə edirəm. Bu və bənzər məsələlər göstərir ki, əslində Ermənistan rəhbərləri nə qədər Gürcüstana qarşı "mehriban qonşuluq siyasəti" həyata keçirdiklərini desələr də, əməldə həmişə bunun əksi ortaya çıxıb".
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO