Nida.az
“Mavi Mərmərə” qəhrəmanı Xocalıdan danışdı: “Dünya “üç meymunu” oynayır”
Türkiyədə İnsani Yardım Vəqfi (İHH) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı simpozium keçirib.
Publika.az xəbər verir ki, “İnsanlığın ədalət arayışı: 23-cü
ildönümündə Xocalı” adlı simpozium bu gün İstanbulda baş tutub.
Simpoziumla bağlı danışan İHH sədri Bülent Yıldırım illərdir
müsəlman ölkələrinin işğal edildiyini, insanların qətlə
yetirildiyini, lakin dünyanın bunu görməzdən gəldiyini deyib:
“Dünya sanki “üç meymunu” oynayır. Buna görə də biz belə bir
simpozium keçirmək qərarına gəldik. Müsəlmanlar qətlə yetiriləndə
susmaqdan başqa heç nə bacarmayan dünyaya “burda müsəlmanlar qətlə
yetirildi” mesajını vermək istəyirik. Əfqanıstandan başlayan sovet
işğalından bir çox müsəlman ölkəsi əziyyət çəkdi. Bu sıraya
Xocalıdan törədilən soyqırımı da daxildir. Xocalıda qətliamı
törədənlər bu gün qeybə çəkilməyib. Onlar azadlıqda gəzir və bir
ölkəyə rəhbərlik edir. Bunu hər kəs bilir. Dünya da bilir, amma
susur. Biz dünyanın daha susmağını istəmirik”.
Simpoziumda azərbaycanlı millət vəkilləri, İstanbuldakı baş
konsulumuz, həmçinin, Xocalı soyqırımının şahidləri də iştirak
edib.
Qeyd edək ki, 2010-cı ildə Fələstinə yardım apararkən İsrail
əsgərləri tərəfindən atəşə tutulan “Mavi Mərmərə” gəmisi İHH
tərəfindən təşkil olunmuşdu. Təşkilatın sədri B. Yıldırım həmin
hadisələrin əsas qəhrəmanlarından idi.
Asif Nərimanlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü