Ərdoğanın baş müşaviri Xocalı ilə bağlı Ermənistan hakimiyyətinə çağırış etdi - FOTO
Bizi izləyin

Nida.az

Ərdoğanın baş müşaviri Xocalı ilə bağlı Ermənistan hakimiyyətinə çağırış etdi - FOTO

“Türkiyə Azərbaycan, Ermənistan və Gürcüstan arasında sonadək sülh, sabitlik, əmin-amanlıq və rifah olmasını istəyir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mərasim və foto-sərgidə çıxışı zamanı Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə hansı addımların atılması hər kəsə bəllidir: “1992-ci ildən bəri beynəlxalq addımlar atılıb, BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələr ortadadır. Mən buradan Ermənistan hakimiyyətinə çağırış edirəm. Biz Türkiyə olaraq Qafqaz regionunda sülh, sabitlik və əmin-amanlıq istəyirik. Türkiyə və Azərbaycan buna hazırdır, amma Ermənistan hakimiyyəti hazır deyil. Ermənistan hakimiyyəti işğala son qoyaraq, nəhayət ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa cəsarəti çatmır. Onlar Türkiyə qarşı da düşmənçilik nümayiş etdirərək, uzaq bir tarixin qaranlıq səhifələrini ö adlarına çıxarmağın artıq mümkün olmadığını anlamalıdırlar. Bizim hər kəsin ağrısına hörmətimiz var. Amma hər kəsin də bizim ağrılarımıza hörmət etməsini gözləmək haqımızdır. Xocalıda faciəsi zamanı həyatını itirən insanların xatirəsini yaşatmalıyıq ki, bu acı hadisələr təkrarlanmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm