İŞİD-ə qarşı səfərbərlik elan olundu – QAFQAZ TƏHLÜKƏDƏ
Bizi izləyin

Nida.az

İŞİD-ə qarşı səfərbərlik elan olundu – QAFQAZ TƏHLÜKƏDƏ

Türkmənistan Əfqanıstanla sərhəddə yaranan İŞİD təhlükəsi ilə bağlı səfərbərlik elan edib.


Publika.az türkmən KİV-inə istinadən xəbər verir ki, hazırda Əfqanıstanla sərhəd ərazilər İŞİD-in hücumlarına məruz qalır.

Məlumatlara görə, yanvar ayının sonundan etibarən rəsmi Aşqabad ehtiyatda olan zabit və əsgərləri yenidən orduya çağırır. Onlar üç aylıq hərbi-bərpa təlimləri keçəcək. Qarşıdakı müddətdə isə hərbi təlimlər ehtiyatda olan hərbi qulluqçuların yaşayış yerləri üzrə keçiriləcək.


Əfqanıstan parlamentinin senatoru Qulmxammed Rasulun İŞİD təhlükəsi haqda açıqlaması ciddi rezonans yaradıb. Onun sözlərinə görə, İŞİD öz döyüşçülərini Əfqanıstanın cənub və şimal əyalətlərinə göndərib: “Yerli əhalinin onlara münasibəti o qədər də mənfi deyil. Bunun özü də ciddi təhlükə hesab olunmalıdır”.


Aşqabad üçün İŞİD-in Əfqanıstanda genişlənməsi sərhədlərinə təhlükə yaranması ilə yanaşı, başqa bir məsələyə görə də narahatlıq yaradır. Belə ki, Əfqanıstanın şimalında çoxlu sayda türkmən tayfaları yaşayır. Məlumatlar var ki, onlar arasından İŞİD-ə rəğbət bəsləyən nüfuzlu tayfa başçıları da peyda olub. Bu isə əhalinin kütləvi şəkildə İŞİD-ə qoşulmasına zəmin yarada bilər. Bu təcrübə əvvəllər də yaşanıb. Taliban sıralarında kifayət qədər əfqan türkməninə rast gəlmək mümkündür.


ABŞ Dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Deniel Rozenblyumun “Vaşinqton İŞİD təhlükəsinə qarşı region ölkələrini dəstəkləməyə hazırdır” açıqlaması ciddi təhlükənin mövcudluğundan xəbər verir. Onun sözlərinə görə, Mərkəzi Asiya regionu terrorçular üçün sığınacaq məskəni olmamalıdır.


Qeyd edək ki, İŞİD-in Mərkəzi Asiya istiqamətin də hərəkətə keçməsindən sonra bir sıra analitiklər Qafqaz üçün də təhlükənin ciddi olduğunu bildirirlər. Bir neçə gün öncə yayılmış məlumatlara görə, İŞİD Yaxın Şərqdən kənarda dayaq nöqtəsi axtarır. Bunun üçün ən yaxşı versiya Mərkəzi Asiya ölkələrinin olduğu deyilir.

Rusiya KİV-nin yazdığına görə, İŞİD əmirləri Türkmənistan və Tacikistana maraq göstərir. Xüsusilə Tacikistan onlar üçün iki amilə görə sərfəlidir. Birincisi, Mərkəzi Asiya regionunda bu ölkə hərbi güc baxımından zəifdir. Bu isə onun uzun müddətli silahlı müqavimət qabiliyyətinin zəif olması deməkdir. İkincisi isə prezident Emomali Rahmonun əhali arasında nüfuzunun az olması faktı İŞİD-ə sərf edir.

Ehtimallara görə, qruplaşma gələcəkdə digər dövlətlərə, misal üçün, Rusiyaya nüfuz edə bilər. Post-sovet məkanında ABŞ və NATO-nun gücünün daha zəif olması İŞİD üçün son dərəcədə əlverişlidir. Ekspertlərə görə, İŞİD Mərkəzi Asiyaya doğru hərəkət edərsə, növbəti hədəfdə Qafqaz ola bilər. İŞİD-in bu bölgəyə gəlməsi üçün ümumi potensial da az deyil.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm