Nida.az
“Ruhunu şeytana satmış Cəmil Həsənlinin...” – AXCP ətrafında qarşıdurma
AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin istefasından sonra Əli Kərimlinin ətrafı və keçmiş cəbhəçilər arasında əsl qarşıdurma yaşanır.
AXCP-nin mətbuat katibi Natiq Ədilovun istefalara “Ruhunu şeytana
satmışlar AXCP-də qala bilməzlər” münasibəti keçmiş cəbhəçilərin
sərt reaksiya ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, “Azadlıq” qəzetinin
keçmiş satirik yazarı, AXCP-dən istefa vermiş, hazırda xaricdə
yaşayan Mirzə Sakitin cavabı isə satirası baxımından olduqca diqqət
çəkəndir.
“Son yüzilliyin ən müqəddəs və ən parlaq, mötəbər siyasətşünası,
AXCP mətbuat xidmətinin katibi Natiq Ədilov həzrətləri demişdir:
“Ruhunu şeytana satmışlar AXCP-də qala bilməzlər”. Son dəfə belə
bir dəhşətli aforizmi Amerikanın eks-prezidenti Corc Vaşinqton
işlətmişdi. Natiq müəllimi görən olsa, onun qulağına ehmalca
pıçıldayıb desin ki, 2005-ci ildə mandata görə AXCP-dən istefa
verən və hal-hazırda Milli Şuranın sədri olan Cəmil Həsənli ruhunu
satmışdısa, indi sənin sədrin o ruhu satılmış adamın yanında nə
gəzir?!” - deyə M. Sakit vurğulayıb.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?