Arif Hacılı: “Başqanın sinonimi yenə İsa Qəmbərdir”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Başqanın sinonimi yenə İsa Qəmbərdir”

Bu gün Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin doğum günüdür. Partiyanın hazırkı başqanı Arif Hacılının eks-başqana ünvanlandığı təbrik diqqətdən yayınmadı.


Publika.az xəbər verir ki, A. Hacılı “facebook” səhifəsində İ. Qəmbəri belə təbrik edib: “25 ildən artıqdır ki, birlikdə fəaliyyət göstəririk. AXC-də, parlamentdə, parlament bloklarında, Müsavatın Bərpa Mərkəzində, hakimiyyətdə, döyüş bölgələrində, mübarizə meydanlarında, xoş və dar günlərimizdə daim birlikdə olduq. Birlikdə həyatımızın bir çox yaddaqalan səhifələrini yazdıq. Azərbaycanımız üçün birlikdə görəcəyimiz ən böyük işlər isə hələ qabaqdadır. Bu gün Müsavatın başqanı mənəm. Başqa partiyaların da başqanları var, amma başqan sözünün sinonimi yenə də odur - İsa Qəmbər!”


Müsavat başqanının bu sözləri partiyada İsa Qəmbərin söz sahibi olması haqda iddialar baxımından diqqət çəkir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm