BMT baş katibi Qarabağı müzakirə etdi
Bizi izləyin

Nida.az

BMT baş katibi Qarabağı müzakirə etdi

BMT Baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, Xarici İşlər naziri İvitsa Daçiç ilə görüşüb.

Report BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Pan Gi Mun ATƏT sədri ilə hər iki təşkilatın qarşılıqlı əlaqələri, eləcə də Ukrayna və Balkanlardakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər.

P.G.Mun bildirib ki, Ukraynada ATƏT-in fəaliyyətini dəstəkləyir. "BMT və ATƏT rəhbərləri iki təşkilat arasında əməkdaşlıq məsələlərini, eləcə də Ukraynada, Dağlıq Qarabağda və Balkanlardakı vəziyyəti müzakirə ediblər. BMT baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT və ATƏT arasında tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib", - mətbuat katibliyindən görüşün yekunlarına görə verdiyi məlumatda deyilir. Fevralın 24-də İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm