Litvalı deputatlar Xocalıya ədalət istəyir
Bizi izləyin

Nida.az

Litvalı deputatlar Xocalıya ədalət istəyir

Litva Seyminin 51 üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, müraciətdə deputatlar Azərbaycan xalqına və dövlətinə dərin başsağlığı verərək, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər. Litvanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılmasına çağırdığı vurğulanıb.

Müraciətə imza atmış deputatlardan 26-sı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərin əksəriyyəti Vətən İttifaqı-Xristian Demokratlar Partiyasının və hakim koalisiyadakı digər partiyaların üzvləridir.

Müraciət Seymin internet səhifəsində yerləşdirilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm