Nida.az
Razi Nurullayev: “Əli Kərimli hakimiyyətə satılıb” - YENİLƏNİB - FOTOLAR
“Əli Kərimli ilə aramızda ağır söhbət oldu. O, mənə dedi ki, hakimiyyətlə işlədiyim adamlar var, onlar mənə səninlə bağlı yazılı məlumat veriblər”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
R. Nurullayev əslində Əli Kərimlinin hakimiyyətə satıldığını bildirib: “Onun dediyindən belə çıxır. Hər kəs araşdırsın görək, onun hakimiyyətdə işlədiyi o iki nəfər kimdir? Mən heç vaxt onun qayıtdığı yerə getməmişəm. Mənə dedi ki, heç nə danışma, sağlamlığını və QHT-dəki işlərinin çox olduğunu əsas gətirib istefa ver. Əli Kərimli dedi ki, ABŞ və Böyük Britaniya səfirlikləri sənin barəndə məlumat verib. Necə ola bilər ki, bu iki səfirlik məni izləyib Əli Kərimliyə məlumat ötürür? Mən həm ABŞ, həm də Böyük Britaniya səfirliklərinə müraciət edəcəyəm ki, necə bir partiya sədrinə məlumat ötürürlər?”
***
“Azadlıq” qəzetinin saxlanılması üçün cəbhəçilərin ailə büdcəsindən pul yığılır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cəbhəçilərin cibinin pulu ilə saxlanılan qəzet yalnız bir nəfər və onun ətrafına xidmət edir: “Bu qəzetdə bir dəfə də olsun sadə cəbhəçiyə yer ayrılmayıb. Köhnə cəbhəçilər nə baş verdiyini yaxşı bilir. Bu gün AXCP-də Əli bəyə yaxın insanlar pıçıldaşa-pıçıldaşa partiyanı idarə edirlər. Bu insanların işi də “facebook”da like-lə məşğul olmaq, kimlərisə qaralamaqdır. Maraqlı bir fakt deyim. Mən istefa verəndən sonra 200-dən çox partiya və QHT sədri mənə zəng etdi. Amma onlardan çox cüzi hissəsi məni açıq şəkildə müdafiə edə biləcəklərini dedi. Digərləri isə ona baş qoşmaq istəmirlər. Çünki onlar bunu açıq formada etsələr, “facebook”da ləkələmə kampaniyasına məruz qalacaqlarını bilirlər. Bu gün Rəyasət Heyətində 110 saxta profili olan insan var. Əli Kərimli bax belə siyasət aparır”.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!