Mənzillərin özəlləşdirilməsi üçün yeni sənəd - QANUN
Bizi izləyin

Nida.az

Mənzillərin özəlləşdirilməsi üçün yeni sənəd - QANUN

Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə ediləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik haqqında qanun layihəsində əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilin özəlləşdirməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb olunacaq. Qanun layihəsi mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm