Nida.az
“Əli Kərimli gedəcək” – keçmiş müavini AXCP sədrinin maliyyə fırıldaqlarından danışdı
“Mən AXCP-dən getsəm də siyasətdən getmirəm və Azərbaycanda yeni siyasi quruluşun yaradılmasına çalışacağam. Yeni siyasi təşkilat yaradacağam. Bunun hansı formada olmasını yaxın zamanlarda açıqlayacağam”.
Publika.az xəbər verir ki, bu barədə AXCP sədri sıralarından istefa
vermiş Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev bu gün
keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ə. Kərimli AXCP-də gəncləşmə siyasəti aparır:
“Məni başa düşənlər, yaxud qınayanlar olacaq. Amma mən siyasi
vicdanımın sızıldadığına görə AXCP-də baş verənlərdən danışmalıyam.
AXCP sədri partiyada gəncləşmə siyasəti aparır. Buna səbəbsə yaşlı
nəslin Əli bəyin uydurmalarına inanmamasıdır. Əli bəy məhz buna
görə gəncləşmə siyasətini apararaq yaşlı, suyu sıxılmış cəbhəçini
sıxışdırmaq istəyir. AXCP sədrinin hər dəfə namizəd olduğu Suraxanı
rayon şöbəsindən Vaqif bəyi kənarlaşdırdılar. Yerinə Əli bəyin
cangüdənini gətirdilər. Hazırda bir çox yaşlı nəsil bütün bunları
görərək etiraz edir. Çünki onları aşağılayır, kənarlaşdırırdılar.
Rəyasət Heyətinin iclası 4 saat çəkirdi. Amma onun iki saatını özü
danışırdı, digərlərinə söz verilmirdi. Bütün iclasın 80 faizi də
“facebook”da kimləri “like” etmək, hansı “komment” yazmaqdan ibarət
olub”.
R. Nurullayev qeyd edib ki, artıq köhnə “cəbhəçi”lər partiyada nə
baş verdiyini anlamağa başlayıb və artıq onlar sədr Əli Kərimliyə
tabe olmaq istəmirlər.
“Əli Kərimli məni evinə dəvət edəndə çox maraqlı açıqlama verdi.
Bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir
getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul
etmirəm. Əli Kərimli mənə dedi ki, onun hakimiyyətdə işlədiyi
adamlar var. Bunu təkzib edə bilməz. Bunu sübut etməyə gücüm çatar.
Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa
layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin,
amma partiya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab
edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi
olacaqsınız”, - deyə o bildirib.
R. Nurullayev AXCP-də maliyyə məsələlərindən də danışıb: “Pul
məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim
bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinin maaş
alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiniz
ki, o işləmir. Amma onun ən kiçik oğlu Londonda doğulub. Böyük oğlu
Bakıda ən bahalı məktəb olan “Oksfordda” təhsil aldı. İndi də
Londonda ən bahalı universitetdə oxuyur. Bu qədər pulu hardan
alır?”
Asif Nərimanlı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL