Qüdrət Həsənquliyev: “Büdcə xərclərinin 4 faizi elmə ayrılmaldır”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Büdcə xərclərinin 4 faizi elmə ayrılmaldır”

“Azərbaycanda elmin inkişafı üçün kifayət qədər vəsait ayrılmalıdır”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Partiyasının sədri Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış zamanı bildirib.

Onun sözlərinə görə, büdcə xərclərinin, heç olmasa, 4 faizi elmə ayrılmaldır: “Elmi təhsildən ayırmaq olmaz. Bu gün orta məktəblərdə çox qəribə sistem yaradılıb. Bir qurum təhsil verir, digər bir qurum isə imtahan götürür. Şagirdlər repetitor yanına gedirlər, onlar ən adi məlumatları belə bilmirlər. Texniki fənlərdən hazırlaşan bəzi orta məktəb şagirdləri Mirzə Cəlilin kim olduğunu bilmirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm