Nida.az
Qubad İbadoğlunun Müsavatı ələ keçirmək planı – ÖZƏL
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu Müsavat Partiyasını Arif Hacılı qruplaşmasının əlindən almaq niyyətindədir.
Publika.az-a daxil olan məlumata görə, bununla
bağlı ADR sədrinin xüsusi planı var. Planın detalları məlum olmasa
da, mənbə Q. İbadoğlunun inamlı olduğunu deyir: “Hazırda Müsavatdan
istefa vermək üçün startda duran insanlar, rayon təşkilatları var.
Onlar Qubad bəyin tərəfdarlarıdır. Bir çoxu da ADR-də təmsil
olunur. Misal üçün, Astara rayonu təşkilatının keçmiş sədri də,
indiki sədri də ADR-in Təşəbbüs Qrupunun üzvüdürlər. Bundan başqa,
İsmayıllı rayonu bütövlükdə ADR tərəfdarlarıdır. Onlar istefa
vermək istəyirdilər. Lakin son anda Qubad İbadoğlu qarşısını aldı.
Çünki o, gələcəkdə Müsavatı götürmək düşüncəsi ilə bu addımı atdı.
Halbuki Müsavatdan istefalara nail olub Arif Hacılı qruplaşmasını
çökdürmək ADR-in əlində çox asandır”.
Mənbə Müsavatın rayon təşkilatlarının olduqca zəif olduğunu
bildirib.
“Şimal və Cənub bölgələrində müəyyən qədər gücləri qalıb. O da çox
deyil. Amma ADR indiyə qədər 33 rayonda təşəbbüs qrupu yaradıb.
Bundan sonra da ölkənin 70 faizini əhatə etmək niyyətindədirlər.
ADR-in təşəbbüs qrupu yaratdığı rayonlarda əksər müsavatçı
hərəkatın tərəfdarıdır. Onlar partiyadan istefa versə, Müsavat
çökər. Lakin Qubad İbadoğlu hələ gözləmə mövqeyindədir. Buna
səbəbsə ADR sədrinin Müsavatı Arif Hacılıdan geri almaq planının
olmasıdır. Bu planın detalları hələlik bəlli deyil. Amma Arif
Hacılı qrupunun narahat olduğu da ortadadır”, - deyə mənbə
bildirib.
Mənbə qeyd edir ki, Q. İbadoğlu Müsavatı yerlərdə ələ keçirsə, İsa
Qəmbər də onunla razılaşmaq məcburiyyətində qalacaq: “Arif
Hacılının əlində icra strukturları olduğu üçün onun gücü az da olsa
qalıb. Amma baş verənlər göstərdi ki, müsavatçı olmaq Müsavat
Partiyasında olmaq deyil. Partiyada olmadan da müsavatçı olmaq
olur. “Bundan sonra müstəqil və milli Azərbaycanın
müqəddəratını sövqi-tarixlə, idarəyə məmur olacaq partiyanın adı
“Müsavat” olmaya bilər, fəqət o partiyanın mütləq Müsavatçı olması
zəruridir”. Qubad bəy Rəsulzadənin bu prinsipini əsas
götürür. Sadəcə olaraq, bir qədər zamana ehtiyac var. ADR
rəhbərliyində qərara gəlinib ki, Müsavatın hazırkı rəhbərliyi ilə
qarşıdurmaya gedərək boş enerji sərfinə yol verilməsin. Bunun
əvəzində yerlərdə təşkilatlanaraq güclənmə prosesi həyata
keçirilsin və Müsavat Partiyası aşağıdan ələ keçirilsin”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!