Nida.az
“Tiflis Moskva ilə anlaşıb Bakını satdı” – Gümrüyə yol açılır
“Tiflis hökuməti Rusiya ilə anlaşaraq Ermənistandakı Gümrü bazasına quru yol açıb”.
Bunu Publika.az-a açıqlamasında Gürcüstan
parlamentinin azərbaycanlı deputatı, Saakaşvilinin lideri olduğu
“Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov rus
ordusuna məxsus zirehli texnikanın Tiflisdən keçməsinə münasibət
bildirərkən deyib.
“Bu gün rəsmi açıqlama verildi ki, guya bu maşınlar hansısa biznesmenə məxsusdur. Bu, gülməli açıqlamadır. Dünyada ən ucuz maşınlar Gürcüstandadır. Necə ola bilər ki, hansısa biznesmen Rusiyanın hərbi maşınlarını mülki maşın kimi alıb nümayiş etdirsin? Bu hərbi maşınların Tiflisdən keçərək Ermənistandakı Gümrü bazasına getdiyi məlumdur”,- deyə A.Süleymanov bildirib.
Azərbaycanlı deputat Tiflis hökumətinin Rusiya tərəfindən idarə
olunduğunu iddia edib.
“Keçmiş təhlükəsizlik naziri bütün kartları açdı və İvanişvilidən
tutmuş, indiki rəhbərlərə qədər əksəriyyətinin Rusiya pulu ilə
hakimiyyətə gəldiyi məlum oldu. Bu artıq gizli məsələ deyil”, -
deyə o bildirib.
A. Süleymanov əlavə edib ki, Abxaziya dəmiryolu açılsa,
təəccüblənməz: “Bu gün Tiflisdən Ermənistana yol verilirsə, sabah
Abxaziya dəmiryolu açılacaq. Bu baş verərsə, artıq heç kim
təəccüblənməz. Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə
azərbaycanlı rəhbərin olmasının qarşısını alırlar. Amma
Cavaxetiyada rəhbər ermənidir. Hökumət onları qeyrətli erməni
vətəndaşlarımız deyə təqdim edir. O zaman biz burda nəyik? Biz
heçik. Bu baxımdan, indiki hakimiyyətin Bakının maraqlarını
tapdaladığı ortadadır”.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?