Necdət Ünivar: “Biz ən yaxın zamanda Xocalıya gedəcəyik”
Bizi izləyin

Nida.az

Necdət Ünivar: “Biz ən yaxın zamanda Xocalıya gedəcəyik”

“100 il əvvələ gedən ermənilər 23 il əvvəl dünyanın gözü qarşısında baş verən hadisələri görmək istəmirlər”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-dən seçilmiş deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünivar bildirib.

Onun sözlərinə görə, bütün dünya ən yaxın zamanda erməni yalanlarını ifşa edən həqiqətləri görməyə və eşitməyə məcbur olacaq. N.Ünivar deyib ki, indi dünyada müharibələr təkcə topla, tüfənglə aparılmır: “İndi dünyada gedən müharibələrin və mübarizələrin əksəriyyəti media və beynəlxalq fəaliyyətlə həyata keçirilir. Bu gün biz Xocalı qurbanlarını yad edirik. Amma əminəm ki, biz ən yaxın zamanda Xocalıya gedəcəyik, orada onları yad edəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm