Azərbaycan və Türkiyə prezidentləri TANAP-ın təməlqoyma mərasimində iştirak edəcək – ÖZƏL
Bizi izləyin

Nida.az

Azərbaycan və Türkiyə prezidentləri TANAP-ın təməlqoyma mərasimində iştirak edəcək – ÖZƏL

Bu ilin aprelində Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək.

Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə üzrə rəhbəri Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı nəzərdə tutulub: “İnşallah, cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bərabər şəkildə mərasimə qatılacaq. Bununla da TANAP layihəsi üzrə işlərə start veriləcək və inşaat işlərinə başlanılacaq. İşlər 2018-ci ildə də başa çatdırılacaq”.

Xatırladaq ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. 2018-ci ildə istismara verilməsi planlaşdırılan layihənin dəyəri 10-11 milyard dollar həcmində qiymətləndirilir.

Boru kəmərinin ilkin buraxılış qabiliyyətinin ildə 15 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm