Nida.az
Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün nümunədir
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 25-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın məlumatına görə, Milli Məclisin sədri
Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyib.
Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlər digər ölkələr
üçün nümunədir. İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq
mövcuddur. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək
səviyyəli görüşlər münasibətlərimizin yüksək səviyyədə olmasının
göstəricisidir.
Qeyd edilib ki, son illərdə Azərbaycan Türkiyəyə, Türkiyə isə
Azərbaycana milyardlarla dollar sərmayə qoyub. Bu investisiyalar
ildən-ilə artmaqdadır. Qarşıya məqsəd qoyulub ki, 2020-ci ilə qədər
Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard
dollara çatsın.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Mövlud Çavuşoğlu
bildirib ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq,
beynəlxalq arenadakı əməkdaşlığımızı daha da gücləndirmək üçün
birgə fəaliyyət həyata keçirilir. Qarşıya qoyulan hədəflərə
çatmışıq. Ticarət dövriyyəsi bu il beş milyard dollara
çatıb.
Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında isə qarşıya yeni hədəflər qoyuldu. Yeni hədəfimiz ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Mövlud Çavuşoğlu deyib: “Dünyada iqtisadi böhran hökm sürür, amma ölkə rəhbərlərimizin həyata keçirdikləri islahatlar nəticəsində Azərbaycan və Türkiyə öz inkişaf yolları ilə davam edirlər. Güclərimizi birləşdirdikcə həm çətinliklərə qarşı birgə səmərəli mübarizə apara bilirik, həm də qarşıya çıxan imkanları dəyərləndirmək məsələsində daha güclü oluruq”.
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO