Nida.az
Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edilib - FOTO
Azərbaycanlı gənclər Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib. Səfirlik əməkdaşları əvvəlcə məktubu qəbul etmək istəməsələr də, gənclərin təkidindən sonra müraciəti qəbul etməyə məcbur olublar.
Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisində girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycana qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb edilir. Məktubda bir sıra dövlətlərin və beynəlxalq təşkilatların azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı fikirləri, tələbləri qeyd olunub.
Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun sədri Şamil Nağıyev bildirib ki, məqsəd azərbaycanlıların etirazını çatdırmaqdır. “Biz məktubda qeyd etmişik ki, qanunsuz saxlanılan azərbaycanlılar azad olunmalıdır və bunu nəinki azərbaycanlılar, dünya gəncliyi tələb edir”.
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev isə bu məktubla Ermənistan dövlətinə artıq qanunlara əməl etməyə, özbaşınalığa son qoymağa çağırış etmək istədiklərini deyib.
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları ilə də öz etirazlarını bildiriblər.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR