Sinan Oğandan çağırış: “TBMM Xocalı haqda qanun qəbul etməlidir”
Bizi izləyin

Nida.az

Sinan Oğandan çağırış: “TBMM Xocalı haqda qanun qəbul etməlidir”

“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı qəsəbəsində 1992-ci il 25 – 26 fevral tarixində ermənilər tərəfindən törədilən soyqırımı bir insanlıq dramıdır. 106-sı qadın, 363-ü uşaq, 70-i qoca olmaq üzrə 613 azərbaycanlı işgəncələrlə vəhşicəsinə qətlə yetirildi. Bundan başqa, 487 nəfər ağır yaralandı, 1275 nəfər ermənilər tərəfindən əsir alındı, 150 insan itki düşdü. Azərbaycan türklərinə qarşı olan bu soyqırımı bütün türk dünyasını hüznə boğub”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) İğdırdan olan MHP-li millət vəkili Sinan Oğan Xocalı soyqırımının 23-cü ildönümü haqda mediaya ünvanlandığı bəyanatında deyib.


Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd şəkildə Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyon insan doğma yurdlarını zorla tərk edib: “Bu qardaşlarımız çətin şərtlər altında yaşamağa davam edir. Xocalıda insanlıq böyük yara aldı, məsumluq güllələndi. Qarabağda məscidlər axura çevrildi, məzarlıqlar yandırıldı, Türk – İslam mədəniyyətinə aid bütün əsərləri kinli bir duyğu ilə məhv edilməyə cəhd edildi”.


S. Oğan 23 il öncə Xocalıda günahsız insanlara qarşı törədilən soyqırımı beynəlxalq hüquq nöqteyi-nəzərindən bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu deyib.


“Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Xocalı soyqırımı isə türk dünyasının ortaq dərdidir. Azərbaycan türklərinə qarşı törədilən bu soyqırımı sadəcə Azərbaycanı deyil, türk dünyasını da hüznə boğub. Xocalı acısını ürəyimizdə hiss edir, bu insanlıq dramını türk milləti olaraq 23 ildir qınayır, beynəlxalq hüquqa zidd olan Qarabağın işğalına son qoyulmasını və TBMM-də 26 fevral tarixinin Xocalı soyqırımının anım günü olması haqda verdiyim təklifin tezliklə qəbul olunmasını istəyirik”, - deyə millət vəkili bildirib.


S. Oğan 23 il öncə baş verən Xocalı soyqırımının insanlıq adına qara ləkə olduğunu diqqətə çatdırıb: “23 il dünya tarixi və siyasi tarix baxımından son dərəcə qısa bir zamandır. Hadisənin şahidləri, qurbanları hələ də yaşayır. Yəni Xocalıda baş verən olaylar tarixi hadisə deyil. Dünya mediasının da dilə gətirdiyi və kameraların şahidlik etdiyi, videofaktların olduğu bir hadisədir. İnsanlıq adına qara ləkə olan bu cür hadisələrin bir daha təkrar olmaması üçün cinayətkarların beynəlxalq hüquq qarşısında cavab verməlidir. Biz bu məsələdə Azərbaycana dəstək verməyin vacibliyini vurğulayırıq. Başda Xocalı şəhidləri olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Türk dünyasının başı sağ olsun”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm