Azərbaycan siyasətinə kaset şantajını kim gətirib? – porno-kaset haqda ŞOK DETALLAR
Bizi izləyin

Nida.az

Azərbaycan siyasətinə kaset şantajını kim gətirib? – porno-kaset haqda ŞOK DETALLAR

AXCP sədri Əli Kərimlinin keçmiş qadın müşaviri Zərifə Məhəddinovaya qarşı porno-kaset şantajı etməsi müxalifətin çox kasıb siyasi gündəmini azacıq canlandırıb.

Publika.az xəbər verir ki, Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev keçirdiyi mətbuat konfransında məsələni gündəmə gətirdi.

“Əli Kərimli öz qadın müşaviri Zərifə Məhəddinovanı porno kasetlə şantaj edirdi. Bir qadına qarşı belə şantaj yolverilməzdir. Hər halda, Əli bəy özü də şantaja məruz qalıb. Amma bu cür iyrənc şantajı qadına qarşı etmək dəhşətli faktdır”, - deyə o bildirdi.

Şantaj olunduğu deyilən Z. Məhəddinovanın özü də məsələyə aydınlıq gətirdi.

“Gah deyirlər Zərifə xüsusi bir missiya ilə aramıza girib, gah MTN-ə işlədiyimi deyirlər. Gah da əllərində mənim haqqımda kompromat disk olduğunu deyirlər. Mən heç nədən çəkinmirəm, vicdanım təmizdir. Əllərində nə varsa, çıxarsınlar ortaya. Qoy millət də görsün. Məndən susmağımı istəyirdilər. Yəni biz səni ləkələyək, adına hər cür söz çıxardaq, satqın deyək, amma sən sus. Mənə qədər gedənlərin hamısı susub, mənə də susmağımı məsləhət görürdülər. Axı bu, mənim şəxsi məsələm deyil. Bir yerdə xalqın, vətənin, millətin, Azərbaycanın adından danışılırsa, orda məsuliyyət olmalıdır. Məhkəməsiz, hüquqsuz, hakimsiz mənim satıldığımı necə deyə bilərsiniz? Desinlər görək, kimə satılmışam, neçəyə satılmışam, mənim satılmağım bu partiyaya, bu xalqa, yaxud ölkəyə hansı zərərləri vurub? Bu cür əxlaqa, mədəniyyətə sığmayan hərəkətlərə son qoyulmalıdır. Başlarına 5-10 şilləvuran, şər atan, böhtan yağdıran yığıb saxta profillərdən təhqir etməyə nə var...”, - deyə keçmiş qadın müşavir dolayısı yolla şantaj olunduğunu təsdiqləyib.

AXCP məsələ haqda heç bir rəsmi mövqe bildirmir. Lakin porno-kaset şantajı bir müddət əvvəl ortaya çıxan keçmişi yenidən gündəmə gətirdi.

Belə ki, Ümid Partiyasının sədri İqbal Ağazadə ötən ilin avqust ayında “Yeni Müsavat”a müsahibəsində 90-cı illərdə baş vermiş şantajın üstündəki pərdəni qaldırdı.

O, Azərbaycan siyasətində kaset şantajının indi məşhur olan müxalifət lideri tərəfindən gətirildiyini bildirib.

“1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi - bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu”, - deyə o, ad çəkmədən faktı açıqlayıb.

Publika.az məsələni araşdırmağa çağırıb.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu şantaj edən şəxsin adının açıqlamaq istəməsə də, şantaj olunan kimliyini açıqlayıb.

“Kaset şantajı İbrahim İbrahimliyə qarşı olub. Həmin vaxt o, AXC-yə sədrlik edirdi. Onu düşünülmüş şəkildə şantaj etdilər. Bundan sonra özü könüllü olaraq sədrlikdən getdi”, - deyə ADP sədri bildirib,

İbrahim İbrahimli isə məsələ ilə bağlı danışmaqdan imtina edib.

Lakin nə qədər doğru olduğunu demək çətin olsa da, müxalifət kulislərində şantaj edən şəxsin məhz Əli Kərimli olması haqda deyimlər var. Bu dəqiqləşdirilməmiş informasiyadır. Amma Əli Kərimlinin qadın müşavirinə qarşı porno-kaset şantajı etdiyi ortaya çıxandan sonra bəzi açıq suallar cavabını tapır. Bunun özü “Azərbaycan siyasətinə kaset şantajını gətirən şəxsin” kimliyi haqda da müəyyən ehtimallar yaranır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm