Nida.az
Leyla Əliyeva Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Moskva şəhərində keçirilən tədbirdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Moskva şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək bu hadisələrdən 23 il keçməsinə baxmayaraq onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib. Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir etmişdir. Leyla Əliyeva, həmçinin iştirakçılara “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil
etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti
Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, regionda sülh və
təhlükəsizliyin təmin edilməsinə, eləcə də inkişafa mənfi
təsirlərinə yönəldib.
Tədbir zamanı Azərbaycan və Rusiyanın tanınmış musiqiçilərinin -
Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti
Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam
və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan
ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim
edilib.
Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
nəşr olunan yeni toplunun rus dilində buraxılışının təqdimatı da
keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı
soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 ədəd DVD, kitab,
buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət”
kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart
daxildir. Topluda eyni zamanda Xocalı soyqırımı ilə bağlı tərtib
edilmiş elektron təqdimat (prezentasiya) da var. Bu təqdimatdan
müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici
auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş
gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və
kədərləri ilə bölüşüb. Daha sonra Azərbaycan və Rusiyalı uşaqların
Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq
olub.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın