Nida.az
ABŞ Nalbandyanı təkzib etdi: Kəlbəcər girovları ilə bağlı çağırış
ABŞ Dövlət Departamentinin mətbuat katibi E.Nalbandyanın azərbaycanlı girovların məsələsi ilə əlaqədar bəyanatlarını təkzib edib və bu məsələdə ABŞ-ın mövqeyini təsdiqləyib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bu həftə bildirib ki, onun ölkəsinin administrasiyası erməni tərəfə müraciətlə Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülmüş iki azərbaycanlı əsiri – Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyə çağırıb.
C.Psaki fevralın 23-də Dövlət Departamentində keçirilmiş brifinqdə qeyd edib ki, bu çağırışlar ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və digər amerikalı diplomatlar vasitəsilə erməni tərəfinə çatdırılıb. Lakin iyirmi ildən artıq müddətdə öz qoşunlarını Azərbaycandan çıxarmaq barədə dünya birliyinin çağırışlarına və suveren dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət etmək, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın Qarabağ regionundan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli dörd qətnaməsinə, BMT Baş Məclisinin 62/243 nömrəli qətnaməsinə və digər beynəlxalq təşkilatların qətnamələrinə əməl etmək tələblərinə məhəl qoymayan rəsmi Yerevan bu dəfə də Vaşinqtonun çağırışlarına əhəmiyyət vermir.
Ermənistan qəzetlərinin 25 fevral tarixli nömrələrində yazılanlara inansaq, bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən heç biri Ermənistan tərəfini azərbaycanlı girovların Azərbaycana qaytarılmasına çağırmayıb.
Fevralın 27-də keçirilən növbəti brifinqdə AZərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı erməni nazirin bəyanatlarını Dövlət Departamentinin mətbuat katibinin nəzərinə çatdıraraq C.Uorlikin Ermənistanı azərbaycanlı girovları azad etməyə və onları Azərbaycana verməyə çağırıb-çağırmadığını təsdiqləməsini xahiş edib. C.Psaki bu sualın cavabında qeyd edib ki, o, özünün əvvəlki bəyanatında Dövlət Departamenti nümayəndələrinin açıq bəyanatlarına istinad edib. Mətbuat katibi daha sonra vurğulayıb ki, o özü də azərbaycanlı girovların azad edilməsi barədə çağırışlarla çıxış edib. Bu faktın özü Dövlət Departamentinin və ABŞ Administrasiyasındakı bütün yüksəkvəzifəli şəxslərin mövqeyini ifadə edir.
Xatırladaq ki, keçən ilin yayında üç nəfər azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğmalarının məzarlarını ziyarət etmək niyyəti ilə həmin ərazidə olarkən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb, Həsən Həsənov isə orada öldürülüb. Ermənistanın oyuncaq rejimi Xankəndində “daxili istehlakçılar” üçün nəzərdə tutulan məhkəmə şousu təşkil edərək Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO