Nida.az
Əli Kərimlidə daha kimlərin kaseti var? – AXCP sədrinin şantaj siyasəti
AXCP sədri Əli Kərimli partiya daxilində “təmizləmə” işinə start verib.
Publika.az-a daxil olan məlumata görə, Razi
Nurullayevin AXCP-dən çıxarılmasından sonra gizlinlərini açması Əli
Kərimlini ciddi narahat edib. Məhz bundan sonra Əli Kərimliyə qarşı
alternativ fikirləri ilə seçilən iki nəfər sorğu-suala cəlb olunub.
Mənbə sözügedən şəxslərin adını hələlik açıqlamayıb.
“Onların Razi Nurullayevə yaxın şəxs olduğu iddia olunur. Əli
Kərimli hesab edir ki, kənar qüvvələr onu AXCP-nin daxilindən
vurmaq qərarı verib. Onun bu cür şübhəli düşüncəsindən partiyada
çoxları əziyyət çəkir”, - deyə adının açıqlanmasını istəməyən AXCP
üzvü deyib.
Məlumata görə, Əli Kərimli R. Nurullayevin də digərləri kimi susacağını düşünürmüş: “Misal üçün, Zərifə xanım susdu (Əli Kərimlinin keçmiş qadın müşaviri Zərifə Məhəddinovanı şantaj etdiyi deyilir – red.). Bir çoxlarına qarşı şantaj materialları hazırlanıb. AXCP-də hər kəs bilir ki, Əli Kərimliyə qarşı çıxmağın əvəzini ödəyəcəklər. Birini nəyləsə şantaj edirsə, digərini sosial şəbəkədə biabır etdirir. Onun Razi bəyə qarşı da şantaj kimi istifadə edəcəyi vasitə var idi. Söhbət xarici ölkə səfirliklərindən gedir. Razi Nurullayevin bir çox ölkənin səfirliyi ilə normal münasibətləri var. Əli Kərimli Razi bəyin qarşısına səfirliklərlə münasibətlərini korlaya biləcəyi “kozırını” atırdı. O, səhhətindəki problemləri əsas gətirib gedəcəyini bəyan edəcəkdi. Lakin Razi Nurullayev susmadı. Hər şey Əli Kərimlinin planının ziddinə getdi. Buna görə də ondan qisas almağa hazırlaşır. Artıq onu səfirliklərin gözündən salmaq üçün haqqında müxtəlif informasiyalar “ötürür”.
Mənbə Əli Kərimlinin partiya rəhbərliyində təmsil olunan bir çox
şəxslərə qarşı şantaj materiallarına malik olduğunu iddia edib.
Məlumata görə, AXCP-nin bu il nəzərdə tutulan qurultayı da təxirə
salına bilər. Çünki Ə. Kərimli belə bir vəziyyətdə qurultaya
getməyin özü üçün pis nəticələrə səbəb olacağını bilir.
“Qurultayla bağlı ciddi fikir ayrılığı var. Fuad Qəhrəmanlı Əli
Kərimlinin əsas adamı rolunda çıxış edir və partiyanı idarə
edənlərdəndir. Digər müavinlər, xüsusilə Kərəm Həsənov kölgədə
qalır. Bu bir qədər onun səhhəti ilə bağlıdır, lakin Fuad
Qəhrəmanlı da onun fəaliyyətinə ciddi maneələr yaradır. Bir də Əli
Kərimli xaricə çıxa bilmədiyi üçün Avropadakı bütün işlərini Fuad
həyata keçirir. Fuad Qəhrəmanlının Əli Kərimliyə yaxınlığını
gənclər qəbul etmir. Misal üçün, Seymur Həzi, Natiq Ədilovda bu
yaxınlıq xüsusi qıcıq yaradır. Onlar qurultayın keçirilməsində əsas
maraqlı olan adamlardır. Məqsədləri Əli Kərimliyə yaxın postlara
gəncləri gətirməkdir. Fuad Qəhrəmanlının isə öz namizədləri var.
Razi Nurullayevin getməsi və Əli Kərimli üçün zərbə olacaq
məqamları ictimaiyyətə açıqlaması qurultayın keçirilməsini də sual
altına qoyub”, - deyə mənbə əlavə edib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!