Qubad İbadoğlu Azərbaycanı 5 aylıq tərk etdi
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Azərbaycanı 5 aylıq tərk etdi

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu 5 ay ölkədə olmayacaq.


Bu haqda informasiyanı teleqraf.com saytı yayıb.


ADR-in İdarə Heyətinin üzvü Səxavət Əlisoy Publika.az-a açıqlamasında xəbəri təsdiqləyib.


“Qubad bəy ABŞ-da səfərdədir. O təxminən 5 ay Azərbaycanda olmayacaq. Lakin ADR-in fəaliyyəti axsamayacaq, öz axarında gedəcək. Hərəkata rəhbərliyi ADR sədrinin birinci müavini Vurğun Əyyub edəcək”, - deyə o bildirib.


S. Əlisoy ADR sədrinin ABŞ-da siyasi dairələrlə görüşəcəyini bildirib: “Qubad bəy bir sıra görüşlər keçirəcək və özü bu haqda sosial şəbəkə vasitəsilə məlumatlar yayacaq. Bəzi məqamları indidən açıqlamırıq, lakin ABŞ-da ADR hərəkatının fəaliyyəti haqda müzakirələr aparılacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm