Nida.az
Suriyaya gedən azərbaycanlı qadın 14 yaşlı oğlunu qurban verdi
Suriyaya döyüşməyə gedən azərbaycanlı qadının özü ilə apardığı
övladlarından biri döyüşlərdə öldürülüb.
Publika.Az –n əldə etdiyi məlumata görə, Xaçmaz
rayonun Armudpadar kənd sakini Çiçək adlı qadın (soyadı
açıqlanmır-red) bir neçə ay öncə Suriyaya gedib. Gedərkən iki
övladını da özü ilə aparıb.
Yerli mənbələr bildirirlər ki, qadın Suriyaya gedərkən övladlarını həyat yoldaşından gizlətmək üçün harasa qoyduğu deyilirdi. Onun həyat yoldaşı Rasim arvadının əqidəsini qəbul etmirmiş və buna qarşı çıxırmış. Rasim həyat yoldaşı getdikdən sonra övladlarını axtarsa da tapmayıb. Sonradan məlum olub ki, Çiçək övladlarını da özü ilə birlikdə Suriyaya aparıb. Dünən Suriyadan gələn xəbərə görə, Çiçəyin özü ilə apardığı 14 yaşlı oğlu Nurlan öldürülüb.
“Əvvəl uşağın ağır yaralandığı deyilirdi, dünən xəbər gəldi ki, ölüb. Nurlan da döyüşlərdə iştirak edirmiş. Uşağı Suriyada basdıracaqlar”-deyə mənbə bildirib.
Mənbə qeyd edib ki, Çiçək Türkiyə vasitəsilə Suriyaya keçib.
Onun sözlərinə görə, qadın Suriyaya bacısının arxasınca gedib:
“Onun bacısı və bacısının həyat yoldaşı Suriyadadırlar. Onlar lap
əvvəldən ora gediblər. Bacısından sonra Çiçək də onların yanına
gedib”.
Asif
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom