“İŞİD Xəzərə girə bilər” - Rusiyadan şok açıqlama
Bizi izləyin

Nida.az

“İŞİD Xəzərə girə bilər” - Rusiyadan şok açıqlama

“İŞİD Xəzər regionu üçün hər keçən gün daha çox təhlükəyə çevrilir”.


Publika.az xəbər verir ki, bu barədə Xəzər Əməkdaşlığı İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Mixeyev deyib.


Onun sözlərinə görə, İŞİD Xəzər regionuna iki tərəfdən hücum edə bilər: “Birincisi, Cənubi Qafqazdan. Lakin İŞİD-i bu regionla daha sabit Türkiyə və İran ayırır. İkinci və ən təhlükəli tərəf Mərkəzi Asiyadır. Cənubi Qafqazdan fərqli olaraq, buranı Əfqanıstan ayırır. Hazırda Xəzəryanı ölkələr arasında ən böyük təhlükə Əfqanıstanla sərhədlərə malik olan Türkmənistanadır. Getdikcə Əfqanıstanda Əl-Qaidə ilə yaxınlaşma İŞİD təhlükəsini daha da artırır. Mən inanmıram ki, bu terror qruplaşmasını Amerika bombaları, yaxud şanlı İraq ordusu məhv edə biləcək”.


S. Mixeyevə görə, Xəzəryanı ölkələrdən biri olan İran artıq İŞİD-lə müharibəyə cəlb edilib: “Əgər İran yardım etməsəydi, artıq Bağdad işğal olunmuşdu. Bu ölkənin ordusu heç nə edə bilmir. Yeri gəlmişkən, İraq ABŞ və İranın səhnəarxası əməkdaşlıq meydançalarından biridir. İran bir növ buna məcbur olub. Əgər İran bu işdə uğur qazanmaqda davam edəcəksə, o zaman bizim öz güclərimizi birləşdirməkdən başqa yolumuz qalmır. Çünki kimin nə deməsindən asılı olmayaraq, təhlükə daha sürətlə artır”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm