Rixard Kissler: “Dağlıq Qarabağda məhkumluq atmosferi hökm sürür”
Bizi izləyin

Nida.az

Rixard Kissler: “Dağlıq Qarabağda məhkumluq atmosferi hökm sürür”

Almaniyanın “Spiegel” jurnalının müxbiri olmuş publisist, siyasi analitik Rixard Kissler Dağlıq Qarabağda erməni işğalı ilə bağlı müşahidə etdiklərindən danışıb.


Publika.az xəbər verir ki, almaniyalı publisist ermənilərin Xocalıda azərbaycanlılara qarşı etdiklərini əsl soyqırımı adlandırıb: “Mən Xocalıda olmuşam. Yalnız onu deyə bilərəm ki, kədərli, boşaldılmış mənzərə dəhşətlidir. Hər yerdə dağıntıların izi görünür. Sizi ermənilərin xaraba qoyduğu şəhər qarşılayır. Mən onların bir neçəsinə Xocalı haqda sual vermək imkanı tapdım. Amma onlar ya heç nə bilmədiklərini deyir, ya da bu haqda ümumiyyətlə eşitmək istəmirdilər. Onlar faciənin tarixini tamamilə təhrif edərək iddia edirdilər ki, guya azərbaycanlıları Azərbaycan ordusu güllələyib. Bu absurddur”.


R. Kissler daha sonra Şuşa xarabalıqlarından danışıb.

“Əgər siz daha sonra Şuşaya getsəniz, burda kitabxana xarabalıqlarına, dağıdılmış məscidə rast gələrsiniz. Bütövlükdə mən Dağlıq Qarabağda heç bir iqtisadi tərpəniş görmədim. Ora heç kim sərmayə qoymur. Ermənilərdə pul yoxdur, Rusiya isə bu məsələyə qarışmır. Dağlıq Qarabağ çox gözəl yerdir. Amma hazırda orada məhkumluq atmosferi hökm sürür”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm