Aİ nümayəndəsindən Azərbaycanın DTT-a üzvlüyü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida.az

Aİ nümayəndəsindən Azərbaycanın DTT-a üzvlüyü ilə bağlı AÇIQLAMA

“Azərbaycan Avropa İttifaqının Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşula bilmək üçün ilk növbədə Dünya Ticarət Təşkilatına (DTT) üzv olmalıdır”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Humanitar Təşkilatının icra etdiyi "Azərbaycanda Milli Strategiya və Kiçik Fermer Təsərrüfatı vasitəsilə Ərzaq Təhlükəsizliyinin Təkmilləşdirilməsi" adlı layihəsi çərçivəsində təşkil olunan “Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaqtəhlükəsizliyinə təsiri” mövzusunda tədbirdə çıxışı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax bildirib.

Olaf Heydelbax deyib ki, hazırda bu proses ləng gedir: “Bu proses ləng getdiyindən, növbəti 4-5 il ərzində bu mümkün olmaya bilər”.

Ekspert Elxan Mikayılov isə qeyd edib ki, tədqiqatın əsas məqsədi kənd təsərrüfatı məhsulları üzrə xarici ticarət əlaqələrinin ərzaq təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi və qida məhsullarının xarici ticarəti zamanı mövcud maneə və problemlərin aşkarlanmasıdır. Onun sözlərinə görə, texniki cəhətdən Azərbaycan Dünya Ticarət Təşkilatına qəbul olmaq üçün 80-90 faiz hazırdır: “Bu baxımdan siyasi qərar verildikdən sonra Azərbaycan 6 ay müddətində Dünya Ticarət Təşkilatına üzv ola biləcək. Dünya Ticarət Təşkilatına üzv olmaq kənd təsərrüfatı sahəsinə kredit və subsidiyaların verilməsini məhdudlaşdırmır, lakin subsidiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son zənbilə düşən subsidiyaların ümumi kənd təsərrüfatında payı 17 faizdir, amma bu 10 faizə endirilə bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm